Cəmiyyət

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - Video

01 Oct 2026, 14:32 1 baxış
Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - Video
2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi dünya tarixinə bir çox xüsusiyyətləri ilə qızıl hərflərlə yazıldı. Azərbaycan ordusu bütün dünyaya göstərdi ki, hətta müharibə şəraitində belə humanizm prinsiplərinə sadiq qalmaq mümkündür. İstər müharibə, istərsə də müharibədən sonrakı antiterror əməliyyatı və digər mühüm proseslərin heç birində Azərbaycan əsgəri düşmənlərin təbliğat maşınına əleyhinə istifadə ediləcək heç bir arqument təqdim etmədi. Oxu.Az xəbər verir ki, 2023-cü ilin məhz bu günlərində Qarabağda separatçı iddiaları süquta uğramış ermənilər bölgəni könüllü şəkildə tərk etməyə başladılar. Məhz həmin günlərdə ermənilərin özləri tərəfindən çəkilmiş kadrlar belə Azərbaycan ordusunun hər bir fərdinin sözügedən məsələdə nə dərəcədə həssas olduğunu sübuta yetirir. Kadrlarda Ermənistana üz tutmuş ermənilərə azərbaycanlıların onlara qarşı rəftarı ilə bağlı suallar ünvanlanıb. Sual ünvanlanan ermənilər Qarabağı tərk edərkən problem kimi yalnız tıxacların olmasını vurğulayıblar. Azərbaycanlıların rəftarına gəlincə isə ermənilər bildiriblər ki, onlara qarşı heç bir kobudluq və ya alçaldıcı hərəkət edilməyib, buraxılış məntəqəsindən keçərkən onlara heç bir problem yaradılmayıb. Mikrofon uzadılan ermənilərin hər biri bu faktı təsdiqləyib.

Beləliklə, müharibədə olduğu kimi müharibədən sonrakı dövrlərdə də bütün dünyaya örnək rəftar və davranış nümayiş etdirən Azərbaycan hərbçisinin peşəkarlığı və humanizmi hətta ermənilərin özləri tərəfindən də etiraf olunub. Ən maraqlısı odur ki, təbliğat kampaniyaları yaratmaq, faktları saxtalaşdırmaq və qarayaxma kimi mövzularda peşəkar olan erməni mediası sözügedən kadrlarda Azərbaycanın əleyhinə istifadə edilə biləcək heç nə tapa bilməyərək çarəsiz qalıb. Məhz bu səbəbdən də kadrlar erməni mətbuatında geniş işıqlandırılmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər