Digər
Üç ölkənin müdafiə nazirləri Xocavənddə hərbi texnikaların sərgisinə baxış keçirdilər - Foto/Video
"Birliyin Gücü-2026" birgə hərbi təlimi çərçivəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov hərbi texnikaların nümayiş etdirildiyi sərgiyə baxış keçiriblər. Oxu.Az xəbər verir ki, sərgi Xocavənd rayonunun "Qızılqaya" Təlim Mərkəzində baş tutub. Eyni zamanda, təlimdə İran, Slovakiya, Qırğız Respublikası, Tacikistan, Gürcüstan, Pakistan, Türkmənistan, Serbiya və Birləşmiş Ərəb Əmirlikləri müşahidəçi qismində iştirak edir. Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az