Siyasət

TDT baş katibinin vəzifə müddəti sona çatır - Özəl

01 Oct 2026, 14:38 1 baxış
TDT baş katibinin vəzifə müddəti sona çatır - Özəl
Oktyabrın 8-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə rəsmi qəbul keçiriləcək. Oxu.Az-ın əldə etdiyi məlumata görə, tədbir həm də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuraliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə baş tutacaq. Yeni baş katib isə oktyabrın 29-30-da Ankarada keçiriləcək TDT-nin 13-cü Zirvə görüşündə müəyyənləşəcək. Qeyd edək ki, K.Omuraliyev 2022-ci ildən TDT-nin baş katibidir.
Mənbə oxu.az

Oxşar Xəbərlər