Cəmiyyət

Yaşar Gülər Xocavənddə...

01 Oct 2026, 12:03 2 baxış
Yaşar Gülər Xocavənddə...

“Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Azərbaycan Ordusunun arsenalına yeni qəbul olunan və hazırda istifadədə olan silah və hərbi texnikanın sərgisi təşkil edilib.


Axar.az Azərtac-a istinadla xəbər verir ki, sərgi Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində keçirilib.


Sərgidə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Özbəkistanın müdafiə naziri general-leytenant Şuxrat Xalmuxamedov baxış keçiriblər.


Təqdim edilən silah və hərbi texnikanın bir qismindən təlim çərçivəsində keçirilən praktiki məşqlər zamanı da istifadə olunub.


Sərgidə müxtəlif növ silah sistemləri və hərbi texnika, o cümlədən ağır artilleriya qurğuları, radar əleyhinə sistemlər, toplar və pilotsuz uçuş aparatları nümayiş etdirilib.


Bununla yanaşı, tanklar, zirehli döyüş maşınları, hərbi yük və xüsusi təyinatlı texnika, müxtəlif atıcı silahlar, pilotsuz uçuş aparatları, eləcə də müşahidə-kəşfiyyat avadanlıqları təqdim olunub.

Mənbə axar.az

Oxşar Xəbərlər