Digər

Rusiyada general həbs edildi

01 Oct 2026, 12:30 3 baxış
Rusiyada general həbs edildi

Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin təlim-maddi bazası şöbəsinin rəisi general-mayor Sergey Nikituşkin həbs edilib.


Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.


Məlumata görə, 51 yaşlı zabit məhkəməyə qədər müvəqqəti saxlanılma yerinə göndərilib.


Onun hansı işdə ittiham olunduğu hələlik məlum deyil.


Qeyd edək ki, Nikituşkin İkinci Hərbi Dairənin veteranıdır və 9 dekabr 2024-cü ildə general-mayor rütbəsinə yüksəlib. Sergey Aleksandroviçin Rusiya Federasiyasında tank təlim meydançalarının modernləşdirilməsində iştirak etdiyi iddia edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər