Dünya

Reyhanlı terrorunun suriyalı iştirakçısı Avropaya qaçarkən ələ keçirildi - Foto

01 Oct 2026, 11:24 2 baxış
Reyhanlı terrorunun suriyalı iştirakçısı Avropaya qaçarkən ələ keçirildi - Foto
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində 2013-cü ildə Reyhanlıda 53 nəfərin öldüyü terror hücumunun suriyalı iştirakçısı Ömər əl-Hatib dəniz yolu ilə Avropaya qaçmaq istəyərkən ələ keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Məlumata görə, qırmızı bülletenlə axtarışda olan şəxs Hatay bölgəsinin Reyhanlı rayonunda terror aktının planlaşdırılması və təşkil edilməsi prosesində yaxından iştirak edib. O, həmçinin hücumun icraçıları ilə sabiq Suriya lideri Bəşər Əsədə tabe olan kəşfiyyat əməkdaşları arasında əlaqələndirmə işlərini də həyata keçirib. Xəbərdə bildirilir ki, sözügedən terror aktından dərhal sonra Suriyaya qaçan Ömər əl-Hatib və hadisəni törədən digər şəxslər Bəşər Əsəd rejimi tərəfindən böyük məbləğdə pul mükafatına layiq görülüblər. MİT suriyalı terrorçunun Avropaya qaçış planı hazırladığını öyrəndikdən sonra əməliyyata başlayıb. Qeyd edək ki, Reyhanlı terror aktının icraçılarından və təşkilatçılarından olan Yusuf Nazik 2018-ci ildə, Cengiz Sertel 2024-cü ildə, Muhammed Dib Koralı və Temir Dükancı isə 2025-ci ildə ələ keçirilmişdilər. Dəhşətli hadisənin həyata keçirilməsi əmrini verən general Kifah Məlhim isə 2024-cü ilin fevralında Bəşər Əsəd tərəfindən Milli Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsinə təyin edilmişdi. Onun Əsəd rejiminin süqutundan sonra ölkə xaricinə qaçdığı məlumdur.
Reyhanlı terrorunun suriyalı iştirakçısı Avropaya qaçarkən ələ keçirildi - Foto Reyhanlı terrorunun suriyalı iştirakçısı Avropaya qaçarkən ələ keçirildi - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər