İqtisadiyyat

Mikayıl Cabbarovdan mühüm açıqlamalar: Önəmli görüşün anonsu verildi

01 Oct 2026, 10:30 2 baxış
Mikayıl Cabbarovdan mühüm açıqlamalar: Önəmli görüşün anonsu verildi
"Bir neçə gün sonra Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Şurasının növbəti görüşü baş tutacaq". Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən - CAMCA (Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan - Central Asia, Mongolia, Caucasus and Afghanistan) Regional Forumunda açıqlayıb. O bildirib ki, qlobal iqtisadiyyat müxtəlif ziddiyyətli cərəyanlar fonunda hərəkət edir: "Bir tərəfdən görürük ki, qlobal artım zəifləyir, əvvəlki iki ilin ortalama göstəricisindən aşağıdır. Lakin eyni zamanda, bunun səbəblərindən biri də, əlbəttə ki, Yaxın Şərqdə davam edən və enerji bazarlarını sarsıdan, qlobal miqyasda böyük təsirə malik olan böhrandır. Digər tərəfdən isə rəqəmsallaşma və əsasən süni intellektin tətbiqi, eləcə də onun yan təsirləri hesabına artan tələbatı və iqtisadi imkanları müşahidə edirik". Nazir qeyd edib ki, iqtisadiyyatlarının çoxu orta və ya kiçik həcmli region üçün bu, həm bir xəbərdarlıq, həm də bir imkandır: "Çünki biz birlikdə fərqli bir şey təklif edə bilərik: əlaqəli bazarlar, daha böyük bazarlar və yəqin ki, ən vacibi insan kapitalı və istedadı. İnanıram ki, bütün bunlar CAMCA üçün də keçərlidir. Azərbaycana gəldikdə isə zənnimcə, hekayə hər kəsə yaxşı bəllidir. Bizim iqtisadi tariximiz "Əsrin Müqaviləsi" ilə başladı. Enerjinin istehlak formaları dəyişir. Bəli, əvvəl neft idi, sonra qaz gəldi, bu gün isə eyni müştərilərə və eyni bazarlara yönəlmiş yaşıl enerji dəhlizindən danışırıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər