Rusiyada yanacaq qadağası ilə bağlı yeni qərar
Rusiya hökuməti dizel, gəmi yanacağı və kerosinin ixracına qoyulan qadağanın müddətini oktyabrın 31-nə qədər uzadıb.
Axar.az xarici mediaya istinadla xəbər verir ki, hökumətin yazılı açıqlamasında müəyyən yanacaq növlərinin ixracına qoyulan qadağanın müddətinin daxili yanacaq bazarında sabitliyi qorumaq üçün uzadıldığı bildirilir.
Dizel, gəmi yanacağı və kerosin ixracına qoyulan qadağa oktyabrın 31-dək uzadılıb, benzin ixracına qoyulan qadağa isə 2027-ci il yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, Ukraynanın Rusiya neft emalı zavodlarına dron hücumları səbəbindən müəyyən bölgələrdə yanacaq satışına bəzi məhdudiyyətlər tətbiq olunur. Rusiya hökuməti bu tədbirlərin bir hissəsi olaraq benzin və dizel yanacağının ixracını qadağan edib.