Siyasət
NEWS.ru: Azərbaycan müdafiə sənayesi sahəsində ən yeni ixtiralarını nümayiş etdirib - FOTO
Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ("ADEX 2026") Azərbaycanın yeni BARS interseptor dronu təqdim olunub. Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb. Məlumata görə, müasir aparat yerli mühəndislər tərəfindən hazırlanıb.
BARS sisteminin əsas funksiyalarından biri havada uçan pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamaq və onlara qarşı mübarizə aparmaqdır. PUA termal kamera, həmçinin süni intellektə əsaslanan hədəf axtarışı və izləmə sistemi ilə təchiz edilib. "ADEX 2026" iştirakçılarının diqqətini çəkən digər vasitə isə iki avtomatla silahlandırılmış robot olub. Sözügedən hərbi texnika Azərbaycanın "Bakurobotics" şirkəti tərəfindən istehsal edilib. Xarici görünüşü ilə "Boston Dynamics" şirkətinin məhsullarını xatırladan robotun ayaqlarının hər biri təkərlə təchiz olunub. Bu xüsusiyyət qurğunun hərəkət qabiliyyətini və mobilliyini əhəmiyyətli dərəcədə artırır.

Mənbə
oxu.az