Digər
Dilan Polad yenidən saxlanıldı - Video
Türkiyəli sosial media fenomeni Dilan Polad ölkə prezidentini təhqir etmək ittihamı ilə saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Polad "prezidenti təhqir etmək" ittihamı ilə saxlanılıb.
Saxlanıldıqdan sonra Polad ifadə vermək üçün məhkəmə binasına gətirilib.
Qeyd edək ki, Dilan Poladın İnstaqram hesabı iyun ayında Ailə və Sosial Xidmətlər Nazirliyinin müraciəti əsasında Ankara Sülh Məhkəməsinin qərarı ilə bloklanıb. Qərarın ictimai asayişin və ictimai sağlamlığın qorunması səbəbindən verildiyi bildirilib.
Mənbə
axar.az