Digər

İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - Şok

30 Sep 2026, 15:10 1 baxış
İkinci “11 sentyabr” hadisəsi yaşanacaqdı - Şok

İsrail hələ də Dubaydan Təl-Əvivə uçan təyyarədə baş verən qeyri-adi hadisənin səbəblərini araşdırır.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” nəşri yüksək vəzifəli rəsmiyə istinadən yazıb.


“Bir pilot digərini bıçaqladı və 11 sentyabr hadisəsini törətməyə çalışdı: təyyarəni qaçırmaq və harasa çırpmaq. Pilotlar komandası silahlı şəxsi zərərsizləşdirdi. Beləcə dramatik fəlakətin qarşısı alındı”, – adı gizli saxlanılan rəsmi şəxs bildirib.


Nəşr qeyd edir ki, hazırda İsrail dövlət qurumları hadisənin terakt olub-olmadığını dəqiqləşdirməyə çalışır.


Pilotun Oman əsilli olduğu deyilir. Onun İsrailə uçuşuna necə icazə verildiyi araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər