Cəmiyyət
Azərbaycanda mühüm qanunlardan biri kökündən dəyişir
"Azərbaycanda satınalmalarla bağlı qanunvericiliyə köklü dəyişiklik olunacaq". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət satınalmaları haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, qanunvericilik mexanizminin özünün, prinsiplərin, həm də yanaşmaların təkmilləşdirilməsi nəzərdə tutulur: "Satınalmalarla bağlı müvafiq icra hakimiyyəti tərəfindən müvafiq qaydalar hazırlanacaq. Bu qaydalarda onun prinsipləri, xüsusilə də şəffaflıq məsələsi nəzərə alınmalıdır".
Mənbə
oxu.az