Cəmiyyət
Bakıda yol təmirinə YENİ HƏLL: Küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO
Bakıda yolların təmiri zamanı ayrı-ayrı küçə və prospektlərin tam və ya qismən bağlanması sürücülər üçün əlavə çətinliklər yaradır. Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, xüsusilə, nəqliyyatın intensiv olduğu ərazilərdə belə məhdudiyyətlər tıxacların artmasına və alternativ yollarda hərəkətin yüklənməsinə səbəb olur. Nəqliyyat eksperti Rauf Ağamirzəyev hesab edir ki, yol təmiri zamanı hərəkətin tam dayandırılması yeganə həll yolu olmamalıdır.
Ekspertin sözlərinə görə, bunun üçün dünyada tətbiq olunan müasir texnologiyalardan, o cümlədən təmir sahəsinin üzərindən müvəqqəti hərəkət hissəsi yaradan mobil yolötürücü konstruksiyalardan istifadə etmək mümkündür: "İsveçrədə ASTRA şirkətinin bu istiqamətdə tətbiq olunan təcrübəsini nümunə götürə bilərik. Belə konstruksiyalar təmir olunan hissənin üzərindən avtomobillərin hərəkətini davam etdirməsinə, eyni zamanda yol işçilərinin aşağıda qorunan zonada təmir işləri aparmasına imkan verir.
257 metr uzunluğundakı konstruksiya iki hərəkət zolağını daşıya və avtomobillərin saatda 60 kilometrədək sürətlə hərəkətinə şərait yarada bilir. Bu yanaşmanın əsas üstünlüyü yolun tam bağlanmasına ehtiyacın azalmasıdır. Beləliklə, gündüz saatlarında təmir işlərinin aparılması mümkün olur, gecə işlərinə və əlavə yol məhdudiyyətlərinə ehtiyac azalır, sürücülərin alternativ marşrutlara yönləndirilməsi minimuma endirilir və təmir müddətində yolun buraxıcılığı qorunur".
Rauf Ağamirzəyev qeyd edib ki, ilkin tətbiq zamanı ortaya çıxan problemlər nəzərə alınaraq konstruksiya təkmilləşdirilib və 2024-cü ildə yenidən istifadəyə verilib: "Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı və digər şəhərlərdə nəqliyyat intensivliyinin yüksək olduğu magistral və küçələrdə bu tip mobil konstruksiyaların pilot tətbiqini nəzərdən keçirə bilər. Yol təmirində məqsəd yalnız asfalt örtüyünü yeniləmək deyil. Təmir prosesi zamanı da şəhərin nəqliyyat sisteminin işləməsi təmin olunmalıdır. Yolu bağlamaq sonuncu, texnologiya ilə hərəkəti qorumaq isə prioritet həll olmalıdır".

Mənbə
oxu.az