Cəmiyyət

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Video

29 Sep 2026, 23:39 4 baxış
Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - Video

Bakı-Balakən qatarının fəaliyyəti iki aya yaxındır ki, dayandırılıb. Minlərlə sərnişin bu marşrut üzrə qatarlardan istifadə edə bilmir.


Axar.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, 13-cü stansiyada qatarların fəaliyyət göstərməməsi gündəlik gediş-gəlişdə ciddi çətinliklər yaradır.


Onlar bildirirlər ki, stansiyada qatarların hərəkətinin bərpa olunmaması sərnişinlərin vaxt itkisinə və əlavə nəqliyyat vasitələrindən istifadə etməsinə səbəb olur.


Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, hazırda təmir-bərpa işlərinin görülməsi davam etdirilir.


Bakı-Baləkən qatarı üzrə reyslərin növbəti aylarda bərpa olunacağı gözlənilir.


Mənbə axar.az

Oxşar Xəbərlər