Digər
AB Suriyaya 51 milyon avro ayırdı
Ərazilərin minalardan təmizlənməsi və müharibədən qalan partlayıcı sursatların zərərsizləşdirilməsi işləri üçün Suriyaya 51 milyon avro ayrılıb.
Axar.az xəbər verir ki, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriya xarici işlər naziri Əsəd Şeybani ilə görüşündən sonra mətbuat konfransında deyib.
Şeybani isə Suriya-AB tərəfdaşlığının ölkənin bərpasına və müharibənin fəsadlarının aradan qaldırılmasına kömək edəcəyinə ümid etdiyini söyləyib.
Qeyd edək ki, AB diplomatiyasının rəhbəri Suriyada səfərdədir.
Mənbə
axar.az