Digər

Kallas Suriyaya getdi

29 Sep 2026, 17:21 2 baxış
Kallas Suriyaya getdi

AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Suriyaya səfər edib.


Axar.az xəbər verir ki, bu barədə Suriya Televiziyası məlumat yayıb.


Məlumata görə, Kaya Kallas Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşüb.


“Danışıqlar Tişrin sarayında keçirilir və AB-nin Suriya ilə uzunmüddətli tərəfdaşlığının qurulmasına həsr olunub. AB Suriya hakimiyyətinə iqtisadi vəziyyətin sabitləşdirilməsi və dövlət institutlarının fəaliyyətinin bərpasında yardım göstərmək niyyətindədir. Kallas daha sonra Suriya Prezidenti Əhməd əş-Şara tərəfindən qəbul ediləcək”, - mənbə bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər