Siyasət
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb. Hacıbaba Babayev ona göstərilən etimada görə minnətdarlıq edib.
Mənbə
oxu.az