Siyasət
Rusiyadan qorxunc gediş: Hava məkanı bağlandı, dünya nüvə təhlükəsi ilə üz-üzə
Rusiya 28 sentyabr - 3 oktyabr tarixlərində, saat 09:00-dan 19:00-dək "Kapustin Yar" üzərindəki hava məkanını bağlayan NOTAM yayımlayıb. Qeyd edək ki, "Kapustin Yar" nüvə və uzaqmənzilli raketlərin poliqonudur. Bu isə Rusiyanın sınaqlar keçirəcəyi ehtimalını artırır. Məsələ ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Xəyal Bəşirov qeyd edib ki, bu müddətin uzadılması ehtimalı var. O bildirib ki, son dövrlərdə Rusiya və Qərb arasında ciddi problemlər var:
"Avropa dövlətləri Ukraynaya daha təhlükəli silah tədarükü ilə bağlı çağırışlar edirlər. Bu zərurət isə Rusiyanı narahat edir. Əslində, rəsmi Moskva da bu münaqişənin genişlənməsində maraqlı olduğunu dəfələrlə göstərib. Rusiya beş ildir Ukraynada itirdiyi nüfuzunu yenidən bərpa etməyə çalışır. Bir neçə Avropa ölkəsini hədəf almaq onsuz da Ukrayna cəbhəsində pərdəarxasında Rusiyaya qarşı döyüşən Qərbi hərb meydanına çıxaracaq və bu da Moskvanın işinə yarayır. Rusiya bir müddət əvvəl nüvə doktrinasına dəyişiklik etdi. Bununla da onlar nüvə silahından istifadə imkanlarını genişləndirdilər. Həmçinin onu da qeyd edək ki, Rusiyanın "Oreşnik"i var və bu raketlərdən istifadə ilə bağlı məlumatlar mətbuatda dərc olunurdu. Adıçəkilən poliqonun bağlanması güc nümayişi və ya subliminal mesaj da ola bilər. Nəzərə alaq ki, Rusiya uzun illərdir ki, Ukraynadakı istəyinə nail ola bilmir. Rusiyada genişmiqyaslı səfərbərlik elan edilməsi məsələsi gündəmdə olsa da, hakimiyyət buna pozitiv yanaşmır. Çünki bunun əks-effektləri ola bilər". Siyasi şərhçinin sözlərinə görə, Rusiya taktiki nüvə silahından istifadə etmək niyyətini ortaya qoya bilər: "Bu, nə qədər təhlükəli olsa da, qeyri-mümkün hesab olunmur. Rusiya Ukraynaya hücum etməsi ilə onsuz da beynəlxalq hüququn norma və prinsiplərini pozdu. Bu da onların nüvə silahından istifadədən çəkinmək ehtimalını azaldır. Maraqlıdır ki, Qərb və ya Yaxın Şərqdə bataqlığa yuvarlanmış ABŞ hansı reaksiyanı göstərəcək?"

Mənbə
oxu.az