Digər
Ermənistandakı AES-in istismarının uzadılması... - Lixaçev
“Rosatom” Ermənistan AES-in istismar müddətinin 2036-cı ilədək uzadılması üçün texniki maneə görmür.
Axar.az xəbər verir ki, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçev deyb.
Onun sözlərinə görə, “Rosatom” erməni mütəxəssislərlə birlikdə stansiyanın istismar müddətinin uzadılması istiqamətində artıq əhəmiyyətli həcmdə işlər həyata keçirib:
“İstismarın növbəti mərhələdə uzadılması ilə bağlı işlərin əsas hissəsi artıq tamamlanıb, işçi qrup çərçivəsində istehsalat tapşırıqlarının 100% yerinə yetirildiyi qeydə alınıb. Bununla belə, yekun qərar istismarçı təşkilatın, stansiyanın özünün və nüvə nəzarəti sahəsində tənzimləyici qurumun səlahiyyətindədir”.
Mənbə
axar.az