İdman
Millətlər Liqasının bugünkü maraqlı futbol oyunlarını hansı kanalda izləmək olar?
Bu axşam UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmasında İspaniya öz meydanında Xorvatiyamı qəbul edəcək. Azərbaycanda azarkeşlər bu oyunu Bakı vaxtı ilə saat 22:45-də "CBC Sport" TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmasında isə Finlandiya millisi Belarus ilə matça çıxacaq. Bakı vaxtı ilə saat 20:00-da start götürəcək Finlandiya - Belarus matçı da "CBC Sport" TV-də yayımlanacaq. UEFA Millətlər Liqası 29 sentyabr 20:00. Finlandiya - Belarus ("CBC Sport" TV); 22:45. İspaniya - Xorvatiya ("CBC Sport" TV).
Mənbə
oxu.az