İdman
Qol vurmadan dünya çempionu olan fransalı məşhur hücumçu karyerasını bitirir - FOTO
Fransa millisinin sabiq hücumçusu Olivye Jiru peşəkar futbolçu karyerasını başa vurmaq niyyətində olduğunu açıqlayıb. Oxu.Az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə "L'Équipe" nəşrinə açıqlamasında danışıb. Jiru 2026/2027-ci illər mövsümünün sonunda futbolçu kimi karyerasını başa vuracağını bildirib. "Görünür, futbolçu kimi son mövsümümü keçirirəm. Buna görə də hər anın dadını çıxarıram", - deyə o bildirib. Qeyd edək ki, Olivye Jiru 2025-ci ilin yayından "Lill"in formasını geyinir. Bundan əvvəl, o, "Los-Anceles", "Milan", "Çelsi" və "Arsenal" kimi klublarda çıxış edib. Jiru 2018-ci ildə Rusiya keçirilən dünya çempionatında Fransa millisinin heyətində dünya çempionu olub.
Qeyd edək ki, O.Jiru 2018-ci ildə Fransa ilə dünya çempionatında bütün oyunlarda meydana çıxsa da turnirdə bir qol belə vurmadan turnirin qalibi olmuşdu.
Qeyd edək ki, O.Jiru 2018-ci ildə Fransa ilə dünya çempionatında bütün oyunlarda meydana çıxsa da turnirdə bir qol belə vurmadan turnirin qalibi olmuşdu.
Mənbə
oxu.az