İdman

"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI

29 Sep 2026, 16:22 1 baxış
"Sabah" yeni stadionunda ilk matçına çıxır - TARİX AÇIQLANDI
Misli Premyer Liqasında II turdan təxirə salınan "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" oyunlarının tarixi açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Hər iki qarşılaşma dekabrın 17-də keçiriləcək. "Sabah" - "Sumqayıt" matçı saat 15:00-da, "Qarabağ" - "Kəpəz" görüşü isə 18:30-da start götürəcək. Qeyd edək ki, "Sabah" klubu bu matçı yeni stadionu olan "Dalğa Arena"da keçirəcək. 17 dekabr 15:00. "Sabah" - "Sumqayıt" "Dalğa Arena", 18:30. "Qarabağ" - "Kəpəz" Tofiq Bəhramov adına Respublika Stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər