İdman
Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi - FOTO
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib. Oxu.Az xəbər verir ki, təqdimetmə mərasimi rəsmi qəbul zamanı baş tutub. Hədiyyələr arasında idman köynəyi, eləcə də gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatının, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) rəsmi topu və vımpeli də olub. İdman köynəyində dövlətimizin başçısının soyadı və 2026-cı ilə rəmzi olaraq "26" rəqəmi qeyd olunub.
Mənbə
oxu.az