Dünya

ABŞ-İran danışıqları: Yaxın Şərqdə sülh prosesinin yeni mərhələsi

29 Sep 2026, 13:16 3 baxış
ABŞ-İran danışıqları: Yaxın Şərqdə sülh prosesinin yeni mərhələsi
Bazar ertəsi ABŞ və İran nümayəndələri vasitəçi dövlətlərlə ayrı-ayrılıqda Yaxın Şərqdəki münaqişənin sonlandırılması yollarını müzakirə ediblər. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi hər iki ölkənin rəsmi şəxslərinə istinadən məlumat yayıb. "ABŞ və İranın rəsmi şəxsləri bazar ertəsi yeddi aydır davam edən müharibənin dayandırılması istiqamətində səylərin bərpası çərçivəsində vasitəçilərlə ayrı-ayrılıqda danışıqlar aparıblar", - deyə məlumatda vurğulanır. Mənbələrin jurnalistlərə bildirdiyinə görə, gələcək danışıqlar zamanı əsas diqqət İranın ötən həftə Birləşmiş Ştatlara təqdim etdiyi yeddigünlük plana ediləcək düzəlişlərə yönəldiləcək. Müzakirələrin detalları, eləcə də növbəti danışıqların nə vaxt və hansı formatda baş tutacağı barədə hələlik heç bir məlumat verilmir.
Mənbə oxu.az

Oxşar Xəbərlər