İqtisadiyyat
Azərbaycan və İtaliya enerji sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdi - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf "MAIRE Group"un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb. Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib. Görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib. SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən "Italiana Petroli" şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb. Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub. Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az