Dünya
"Nvidia" "Apple"ı geridə qoydu: 235 milyard dollarlıq TARİXİ NƏTİCƏ
"Nvidia" texnologiya şirkəti ABŞ şirkətləri tarixində səhmlərin ən böyük geri satın alınması proqramını işə salır. Oxu.Az bildirir ki, bu barədə "Financial Times" nəşri məlumat verib. Şirkət bildirib ki, onun direktorlar şurası səhmlərin geri satın alınması proqramının 150 milyard dollar artırılmasını təsdiqləyib. Beləliklə, proqrama ayrılan ümumi vəsaitin məbləği 235 milyard dollara çatıb. "Nvidia"nın proqramı "Apple"ın 2024-cü ildə müəyyən etdiyi 110 milyard dollarlıq əvvəlki rekordu üstələyib və ABŞ biznesi tarixində səhmlərin geri satın alınması üzrə ən böyük proqram olub. Bakı vaxtı ilə saat 16:15-də NASDAQ birjasının ilkin ticarət əməliyyatlarında "Nvidia" (NVDA) səhmləri 1,5% artaraq 228,48 dollara çatıb.
Mənbə
oxu.az