Dünya

Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN

28 Sep 2026, 23:42 2 baxış
Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN
Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ştat sayını artırıb. Oxu.Az xəbər verir ki, bununla bağlı müvafiq fərman hüquqi aktların rəsmi dərc edildiyi portalda yerləşdirilib. Fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ştat sayı 2 441 630 nəfər, o cümlədən hərbi qulluqçuların sayı 1 550 500 nəfər müəyyən edilib. Bundan əvvəl bu göstəricilər müvafiq olaraq 2 426 130 və 1 535 000 nəfər təşkil edib. Beləliklə, hərbi qulluqçuların ştat sayı 15 500 nəfər artırılıb. Fərman imzalandığı gündən qüvvəyə minib.
Putindən Rusiya ordusu ilə bağlı YENİ FƏRMAN
Mənbə oxu.az

Oxşar Xəbərlər