Dünya

Rusiyada fişəng zavodunda dəhşətli yanğın: 13 nəfər həlak oldu - VİDEO

28 Sep 2026, 21:40 5 baxış
Rusiyada fişəng zavodunda dəhşətli yanğın: 13 nəfər həlak oldu - VİDEO
Rusiyanın Yaroslavl vilayətində, Pereslavl-Zalesski yaxınlığındakı fişəng istehsalı müəssisəsində baş verən yanğın nəticəsində 13 nəfər həlak olub. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə operativ xidmətlər məlumat yayıb. "Yanğın nəticəsində 13 nəfər ölüb. Müəssisədə ümumilikdə 15 nəfər olub", - deyə agentliyin həmsöhbəti bildirib.

Daha əvvəl hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilmişdi. Operativ xidmətlərin məlumatına görə, yanğının ilkin səbəbi təhlükəsizlik qaydalarının pozulması olub. Hadisənin digər mümkün səbəbləri də araşdırılır. Yanğın fişəng istehsalı müəssisəsinin ərazisindəki iki binada baş verib. Yanğının söndürülməsinə 100-dən çox canlı qüvvə və 40 texnika cəlb olunub. Bakı vaxtı ilə saat 18:54-ə olan məlumata görə, yanğın lokallaşdırılıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ayrı-ayrı yanğın ocaqlarının söndürülməsini davam etdirirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər