Siyasət
Ukrayna səfirindən Azərbaycana təşəkkür: "Bunu heç vaxt unutmayacağıq"
"Ukraynalı uşaqlara göstərilən yardıma görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkür edirəm". Oxu.Az xəbər verir ki, bu fikirləri Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, uşaqlar Xarkov və Xerson vilayətlərindən gətirilirlər: "Biz sözügedən dəstəyi heç vaxt unutmayacağıq. Bu, Ukrayna və Azərbaycan uşaqlarını, ailələrini və xalqlarımızı bir-birinə bağlayan çox mühüm bir proqramdır. Çox sağ ol, Azərbaycan!" Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.
Mənbə
oxu.az