İdman
Əfsanəvi futbolçu italyan klubunun baş məşqçisi olacaq - FOTO
İtaliyanın "Parma" klubunda baş məşqçi dəyişikliyi baş verəcək. Oxu.Az xəbər verir ki, "Parma"nın Alberto Cilardinonu komandanın baş məşqçisi təyin etməyə hazırlaşdığı barədə jurnalist Canluka Di Martsio məlumat yayıb. 44 yaşlı italiyalı mütəxəssisin hazırda "Piza" ilə müqaviləsinə xitam verilməsi ilə bağlı son prosedurları tamamladığı bildirilir. Tərəflərin razılığa gəldiyi, Cilardinonun bu axşam "Parma"ya yollanacağı qeyd olunur. "Parma" daha əvvəl Karlos Kuesta Qarsiya ilə yollarını ayırıb. İspaniyalı mütəxəssisin rəhbərliyi altında komanda A Seriyasının ilk 5 turunda 4 xal toplayıb. Qeyd edək ki, Alberto Cilardano futbolçu karyerası ərzində 2002-2005-ci illərdə "Parma"nın formasını geyinib.
Mənbə
oxu.az