Cəmiyyət

Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO

28 Sep 2026, 18:52 1 baxış
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
"28 May" Nəqliyyat Mübadilə Mərkəzində və Moskva prospektində yeni dayanacaq pavilyonları quraşdırılıb. Oxu.Az xəbər verir ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişin tələbatının artması nəzərə alınaraq "28 May" NMM-də 2 yeni dayanacaq pavilyonu istifadəyə verilib. Moskva prospekti, "20 Yanvar" dairəsindən "Şamaxinka" adlanan əraziyə gedən yolda isə cib tipli dayanacaq məntəqəsində səki infrastrukturu yaradılmaqla 4 pavilyon təşkil edilib. Eyni zamanda, "Şamaxinka" adlanan ərazidə, metronun "20 Yanvar" stansiyası istiqamətində sərnişin axınının intensivliyi nəzərə alınaraq əlavə 1 pavilyon quraşdırılıb.
{{gallery}}
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər