Dünya
İran Britaniya bazasına hücum planı qurub? - Nazir açıqladı
Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq İranın Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) Ferford bazasına ehtimal olunan hücum hazırlığında iştirakı barədə danışmaq üçün hələ tez olduğunu bildirib. Oxu.Az xəbər verir ki, bu barədə nazir "Sky News" telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, həmin şəxslərin mümkün motivləri barədə fərziyyələr irəli sürmək onun tərəfindən düzgün addım olmazdı. Xatırladaq ki, sentyabrın 27-də ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı təyyarələrinin yerləşdirilməsi üçün istifadə olunan Ferford aviabazası ərazisində fövqəladə vəziyyət elan edilib və yaxınlıqdakı evlərin sakinləri təxliyə olunublar. Yayılan məlumatlarda bildirilirdi ki, Skotland-Yardın terrorla mübarizə bölməsinin əməkdaşları Böyük Britaniyadakı Ferford aviabazasında terror aktının hazırlanması işini araşdırır və İranın bu cinayətlə mümkün əlaqəsini öyrənirlər.
Mənbə
oxu.az