Digər
1678-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1678-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 247 289 PUA-sı, 672 zenit-raket kompleksi, 31 058 tank və digər zirehli texnikası, 1 783 reaktiv yaylım atəş sistemi, 36 581 artilleriya və minaatanı, 73 082 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az