Digər
Avropanın tez silahlanması lazımdır - Kallas
Avropanın 2030-cu il hədəfinə çatması üçün daha tez və daha effektiv şəkildə yenidən silahlanması lazımdır.
Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Kaya Kallas deyib.
“Avropanın müdafiə investisiyalarının, imkanların inkişafı, innovasiya və sənaye potensialının miqyasında və tempində qətiyyətli bir dəyişikliyə ehtiyacı var.
Rusiyanın davamlı təxribat, yanğın və hava məkanını pozma hərəkətləri davam edir. AB-nin cinayətkarlara qarşı sanksiyaları və rus diplomatlarının deportasiyası müəyyən təsir göstərir. Lakin biz daha nə edə biləcəyimizi araşdırmalıyıq”, - o bildirib.
Mənbə
axar.az