İdman

"Mançester Yunayted" tənqidlərin hədəfindəki futbolçu üçün hərəkətə keçir - FOTO

28 Sep 2026, 16:42 3 baxış
"Mançester Yunayted" tənqidlərin hədəfindəki futbolçu üçün hərəkətə keçir - FOTO
"Mançester Yunayted" İspaniyanın "Atletik Bilbao" klubunda çıxış edən Niko Uilyamsı heyətinə qatmaq istəyir. Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin gələn yay heyətini gücləndirmək üçün əsas hədəflərindən birinin 24 yaşlı cinah oyunçusu olduğu bildirilib. Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsində 95 milyon avroluq sərbəstqalma bəndi var. "Mançester Yunayted"in bu məbləği ödəyərək futbolçunu transfer etməyə hazır olduğu qeyd edilib. İspaniya millisinin üzvü bu mövsüm təkrarlanan zədələri və qeyri-sabit çıxışı səbəbindən tənqidlərlə üzləşib. "Atletik Bilbao"nun Avropa yarışlarına vəsiqə qazana bilməməsi halında futbolçuya illik 10 milyon avro maaş ödəməyə davam etmək istəmədiyi də iddia olunur. Qeyd edək ki, Niko Uilyamsın "Atletik Bilbao" ilə müqaviləsi 2035-ci il iyunun 30-dək qüvvədədir.
"Mançester Yunayted" tənqidlərin hədəfindəki futbolçu üçün hərəkətə keçir - FOTO "Mançester Yunayted" tənqidlərin hədəfindəki futbolçu üçün hərəkətə keçir - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər