Dünya
Məşhur filmin köpək balığı səhnələri ABŞ-də gerçək oldu - VİDEO
ABŞ-nin Nyu-Cersi ştatının Serf-Siti şəhərinin sakinləri şiddətli fırtınadan sonra su basmış küçədə üzən köpəkbalığının videosunu lentə alıblar. Oxu.Az-ın xəbərinə görə, görüntüləri yerli "News 12" telekanalı ilk olaraq yayımlayıb.
Videonu telekanala göndərən kişinin sözlərinə görə, köpəkbalığını onun həyat yoldaşı öz evlərinin yaxınlığında görüb. Cütlük evlərinin damından köpəkbalığının necə yanlarından üzüb keçdiyini, həyətə giriş yoluna döndüyünü, sonra isə suyun altında itdiyini izləyiblər. Yayımlanan kadrlar 2012-ci ildə ekran üzü görən, məşhur "Bait" filminin səhnələrini xatırladır. Qeyri-adi qarşılaşma Nyu-Cersi ştatında sahilyanı ərazilərdə daşqınlarına səbəb olan güclü şimal-şərq fırtınası zamanı baş verib. Serf-Siti küçələri su altında qalıb.

Mənbə
oxu.az