Dünya

Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU

28 Sep 2026, 12:24 3 baxış
Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
"Forbes" ən çox dividend ödənişi edilən rusiyalılarla bağlı özünün illik reytinqini dərc edib. Bu il siyahı 75 nəfərə qədər genişlənib. Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir. Məlumata görə, LUKOIL-ın təsisçisi Vahid Ələkbərov birinci yeri tutub, onun xeyrinə dividendlərin məbləği 106.2 milyard rubl təşkil edib. İkinci yeri NOVATEK-in İdarə Heyətinin sədri, eləcə də "Sibur" neft-kimya holdinqinin əsas səhmdarı Leonid Mixelson və ailəsi tutub. Onların dividend gəlirləri 87.1 milyard rubl olaraq qiymətləndirilir. Ödənişlərin mənbəyi kimi NOVATEK və "Sibur" göstərilir. Reytinqdə üçüncü yerdə "Volga Group" şirkətinin investisiya qrupunun təsisçisi və sahibi Gennadi Timçenko (75.1 milyard rubl) qərarlaşıb. İqor Kesayev ("Mercury Retail Holding") 40.5 milyard rubl ödənişlə 22-ci yerdən 4-cü yerə yüksələrək, əhəmiyyətli sıçrayış edib. Beşinci yeri 39.5 milyard rublla "LetterOne Holdings" və "Alfa Group" şirkət və banklarının direktorlar şurasının keçmiş üzvü Mixail Fridman qazanıb. Siyahının genişlənməsinə baxmayaraq, 75 ən böyük iştirakçının ümumi dividend ödənişləri məbləği əhəmiyyətli dərəcədə azalaraq, 1.194 trilyon rubla çatıb. Bu rəqəm ötən il 1.769 trilyon rubl olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər