Cəmiyyət

Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO

28 Sep 2026, 12:40 3 baxış
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO
Aeroport yolunda iriqabaritli nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yüksək sürətlə və təhlükəli manevrlərlə hərəkət etməsi narazılığa səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.

Şikayətçi bildirib ki, hadisə sentyabrın 27-də saat 21:58-də baş verib. Belə ki, sürücü "Shacman" markalı, 08-ZB-503 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini saatda təxminən 130 kilometr sürətlə idarə edib. Bundan əlavə, yük avtomobilinin sürücüsünün hərəkət zamanı zolaqları qısa məsafədə və yüksək sürətlə dəyişməsi digər sürücülər üçün ciddi təhlükə yaradıb. Şikayətçi aidiyyəti qurumların məsələyə diqqət yetirməsini və yolda təhlükəli hərəkət edən nəqliyyat vasitələri ilə bağlı nəzarətin gücləndirilməsini xahiş edib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər