Dünya

Avropa İttifaqı tarixindi İLK - Ukrayna və daha üç ölkə ilə bağlı qərar veriləcək

28 Sep 2026, 12:48 2 baxış
Avropa İttifaqı tarixindi İLK - Ukrayna və daha üç ölkə ilə bağlı qərar veriləcək
Avropa İttifaqı ilk dəfə olaraq Monteneqro, Ukrayna, Moldova və Albaniya ilə birliyə üzvlük danışıqlarının əsas mərhələlərinin yekunlaşdırılması üçün konkret hədəf tarixləri müəyyənləşdirəcək. Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa Komissiyasının iki yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb. Nəşr vurğulayır ki, Brüssel ən şanslı namizədlər üçün mərhələli fəaliyyət planları hazırlayır. Danışıqların mühüm mərhələləri üçün hədəf müddətlərinin təyin edilməsi tarixdə ilk dəfədir ki, nəzərdən keçirilir. Yol xəritələri hər bir namizəd dövlətə qarşı irəli sürülən tələbləri daha dəqiq formalaşdırmağa imkan verəcək. Qəzet yazır ki, bu sənədlər həmçinin hazırkı Aİ üzvlərini prosesin gedişatını mütəmadi olaraq razılaşdırmağa məcbur edəcək. Məlumata əsasən, islahatları davam etdirəcəkləri təqdirdə namizədlərə ilk dəfə olaraq birliyə qəbul zəmanəti veriləcək. Bundan əlavə, danışıqların başa çatması üçün təxmini müddətlər də müəyyən olunacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər