İdman

Klopp Almaniya millisində ümidləri doğrultmur - Tarixi antirekord

28 Sep 2026, 11:22 3 baxış
Klopp Almaniya millisində ümidləri doğrultmur - Tarixi antirekord
Yurgen Klopp Almaniya millisinin baş məşqçisi kimi ilk iki oyununda komandanın tarixində ən aşağı xal göstəricisinə imza atıb. Oxu.Az xəbər verir ki, Almaniya yığması UEFA Millətlər Liqasının II turunda doğma meydanda Yunanıstana 0:1 hesabı ilə məğlub olub. Bundan əvvəl ilk turda Niderlandla 1:1 hesablı heç-heçə edən almanlar iki turdan sonra cəmi 1 xal toplayıblar. Beləliklə, 59 yaşlı mütəxəssis Almaniya millisinin tarixində ilk iki oyundan sonra ən az xal toplayan baş məşqçi olub. Qeyd edək ki, bundan əvvəl bu antirekord 2 xalla Zepp Herberger və Helmut Şönə məxsus idi. Herberger 1937-ci, Şön isə 1965-ci ildə ilk iki oyundan sonra 2 xal toplamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər