Dünya

Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - Aziz Yıldırım açıqladı

27 Sep 2026, 21:08 3 baxış
Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - Aziz Yıldırım açıqladı
"Fənərbağça" prezidenti Aziz Yıldırım klubun ümumi yığıncağında Acun Ilıcalı ilə bağlı açıqlama verib. O, "Exxen"in yayım hüquqlarından "Fənərbağça"ya 10 milyon avro borcunun qaldığını bildirib. Oxu.Az xəbər verir ki, məlumatı "Nefes" agentliyi yayıb. Yıldırımın sözlərinə görə, ödənişin aprelin 15-də ediləcəyi bildirilsə də, bu baş verməyib. O, borcun sabah ödəniləcəyinin deyildiyini qeyd edib. "Acunu da deyim, içim rahatlasın. "Exxen"in yayım hüquqlarından 10 milyon avro borcu qalıb. Aprelin 15-də ödəyəcəklərini dedilər, ödəmədilər. Sabah ödəyəcəklərini deyiblər. Ödəsələr, təşəkkür edərik", - Yıldırım bildirib. Yıldırım həmçinin "Fənərbağça"nın dörd ay ərzində 190 milyon avro vəsait yaratdığını, klubun ümumi gəlirinin isə 197 milyon 454 min 995 avro olduğunu açıqlayıb.
Acun Ilıcalı "Fənərbağça"ya 10 milyon avro borcludur - Aziz Yıldırım açıqladı
Mənbə oxu.az

Oxşar Xəbərlər