Dünya

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi

27 Sep 2026, 22:22 2 baxış
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 27-də istefa verib. Oxu.Az xəbər verir ki, bunu Vuçiç Serbiyanın dövlət Radio və Televiziyasının yayımladığı xalqa müraciəti zamanı açıqlayıb. "İki dəfə mənə etimad göstərən vətəndaşlara təşəkkür edirəm. Bu gün istefa verdiyim gündür", - Vuçiç bildirib. Vuçiç 2017-ci ildən Serbiya prezidentidir. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Lakin o, oktyabrın 25-nə təyin edilmiş növbədənkənar parlament seçkisi ərəfəsində vaxtından əvvəl istefa verib. Vuçiç seçki kampaniyasında "Vahid Serbiya - Aleksandar Vuçiç" siyahısının lideri kimi iştirak edir. Vuçiçin istefasından sonra prezident səlahiyyətlərini Xalq Skupşinasının (birpalatalı parlament) sədri Ana Brnabiç icra etməlidir. Növbədənkənar prezident seçkisi dövlət başçısının səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdən sonra ən geci üç ay ərzində keçirilməlidir.
Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verdi
Mənbə oxu.az

Oxşar Xəbərlər