Dünya

Türkiyədə sərnişin mikroavtobusu aşdı: Yeddi nəfər öldü, yaralananlar var - VİDEO

27 Sep 2026, 22:54 3 baxış
Türkiyədə sərnişin mikroavtobusu aşdı: Yeddi nəfər öldü, yaralananlar var - VİDEO
Qaziantepin Nurdağı rayonunda sərnişin mikroavtobusu ilə avtomobilin toqquşması nəticəsində 7 nəfər ölüb, 13 nəfər yaralanıb. Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, sərnişin mikroavtobusu Qaziantep-Osmaniyə yolunun Acaroba kəndi yaxınlığında avtomobillə toqquşaraq aşıb.

Qəza nəticəsində ilkin məlumata görə, 7 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər