Dünya
Mustafa Sandalın həyat yoldaşı ləğv olunan fondlardan 11 milyard lirə çıxarıb - İDDİA
Sermaye Bazarları Şurasının (SPK) yeddi şirkətə məxsus 131 fondun ləğvi barədə qərar verməsinə səbəb olan "fond böhranı" ilə bağlı yeni şəxslərin milyardlarla lirəlik əməliyyatları gündəmə gəlib. Oxu.Az xəbər verir ki, son olaraq müğənni Mustafa Sandalın həyat yoldaşı, birjaçı Cihan Sütşurupun qızı Melis Sütşurup Sandalın ləğv edilən fondlardan üç ay ərzində 11 milyard lirə çıxardığı iddia edilib. Jurnalist Yiğit Uzunun iddiasına görə, Melis Sandal son üç ay ərzində ləğv edilən fondlardan 11 milyard lirə çıxarıb. Uzun sosial media hesabında belə yazıb: "Mustafa Sandal, həyat yoldaşınız, birjaçı Cihan Sütşurupun qızı Melis Sandalın ötən üç ayda ləğv edilən fondlardan 11 milyard lirə çıxardığı doğrudurmu?" Uzun Mustafa Sandalın meneceri Tekin Önal ilə də danışdığını bildirib. Onun sözlərinə görə, Önal sözügedən əməliyyatları təkzib etməyib və deyib: "Bəli, amma sözügedən əməliyyatların qarşı tərəfi Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup Sandaldır. Mustafa Sandalla birbaşa bağlı hər hansı əməliyyat və ya ittiham yoxdur".
Mənbə
oxu.az