Digər
Üsyançılar neft anbarına zərbə endirdi
Üsyançı Çevik Reaksiya Qüvvələrinin dronları Sudanın Əl-Cəzirə əyalətindəki Umm Aleyla neft anbarına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə “Sudan Tribune” qəzeti məlumat yayıb.
Bildirilib ki, obyekt Vad Medani şəhərindən təxminən 20 kilometr aralıda yerləşir. Anbarda partlayışlar nəticəsində yanğın baş verib və neft çənləri yanıb. Hələlik itki və ya xəsarət alanlar barədə məlumat yoxdur.
Sudan Silahlı Qüvvələri hücumda iştirak edən dronlardan birinin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib. Qalan dronlar anbar ərazisinə çatmağı bacarıb.
Qeyd edək ki, Umm Aleyla mərkəzi Sudanın əsas neft anbarlarından biri hesab olunur.
Mənbə
axar.az