Digər
Tokayev: Hərbçilərdə xilasetmə jiletləri olmayıb!
Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçulara xilasetmə jiletləri verilməyib.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.
“Təlimlər zamanı hərbi qulluqçulara xilasetmə jiletləri də daxil olmaqla, lazımi avadanlıq verilməyib", - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Xəzər dənizində keçirilən təlimlər zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən hərbi qulluqçular dənizə düşüb. Hadisə nəticəsində 14 nəfər həyatını itirib.
Bu gün prezidentin müvafiq qərarı ilə müdafiə naziri Dauren Kosanov vəzifəsindən azad edilib.
Mənbə
axar.az