Digər

Leysan bu şəhəri iflic etdi: Yarım milyon insan...

27 Sep 2026, 18:34 1 baxış
Leysan bu şəhəri iflic etdi: Yarım milyon insan...

Taylandın paytaxtı Bangkokda yağan aramız yağışlar şəhər həyatını iflic edib.


Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.


Bildirilib ki, güclü leysan səbəbindən şəhərin 50 zonasında fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Minlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilməsi istiqamətində iş aparılır. Bir çox bölgədə suyun səviyyəsinin kritik həddi keçməsindən dolayı 200-dən çox müvəqqəti sığınacaqlar yaradılıb.


Mənbələrin məlumatına görə, təbii fəlakət nəticəsində 8 nəfər həyatını itirib.


Ümumilikdə isə, 545 mindən çox insan yağışlardan zərər görüb.

Mənbə axar.az

Oxşar Xəbərlər