Cəmiyyət

Sumqayıtda təmir olunan yol yenidən bərbad vəziyyətə düşüb - VİDEO

26 Sep 2026, 16:20 2 baxış
Sumqayıtda təmir olunan yol yenidən bərbad vəziyyətə düşüb - VİDEO
Sumqayıt şəhəri, 9-cu mikrorayonda yolun bərbad vəziyyətdə olması narazılıq yaradıb. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub. Sakinlərin sözlərinə görə, Şərq bazarının yaxınlığındakı yolda asfalt örtüyü yararsız durumdadır. Qeyd edilib ki, sözügedən yolun bir hissəsində ötən ilin dekabr ayında təmir işləri aparılıb. Lakin hazırda həmin təmirin izləri belə qalmayıb. Sakinlər yolun yenidən təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər