Dünya

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

26 Sep 2026, 11:36 3 baxış
Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb. Nəzarət orqanının məlumatına əsasən, bədbəxt hadisə qaynaq işləri aparılarkən qeydə alınıb. "Hadisə nəticəsində həlak olanlar var. Mövcud şərait araşdırılır",- deyə Qurumun bəyanatında bildirilir. Baş vermiş hadisə ilə əlaqədar Neryunqri şəhər prokurorluğu tərəfindən yoxlamalara başlanılıb. Əsaslar olduğu təqdirdə, mütəxəssislərin prokurorluq reaksiyası çərçivəsində müvafiq tədbirlər görəcəyi gözlənilir. Məlumata görə, hadisə zamanı 4 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb. Stansiyada olan altı işçi yüksəklikdən yıxılıb və onlardan dördünün həyatını xilas etmək mümkün olmayıb. Digər iki yaralıda isə həkimlər tərəfindən kəllə-beyin travmaları və müxtəlif sınıqlar aşkar edilib. Hazırda hadisə yerində xilasetmə briqadaları fəaliyyət göstərirlər.
Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Mənbə oxu.az

Oxşar Xəbərlər