Dünya

ABŞ İranın təklifini rədd etdi - Müharibə yenidən başlayır?

26 Sep 2026, 11:56 3 baxış
ABŞ İranın təklifini rədd etdi - Müharibə yenidən başlayır?
ABŞ lideri Donald Tramp rəsmi Tehran tərəfindən irəli sürülmüş yeddigünlük atəşkəs təklifini qəbul etməyib. Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb. Mənbələrin nəşrə verdiyi məlumata görə, dövlət başçısı noyabrda keçiriləcək aralıq seçkidən sonra İrana qarşı hücumları yenidən başlamaq niyyətində olduğunu öz müşavirlərinə bildirib. ABŞ rəsmilərinin açıqlamalarına əsasən, Tramp yaxın ətrafı ilə söhbətində İranın irəli sürdüyü planın şərtlərini yerinə yetirəcəyinə şübhə ilə yanaşdığını qeyd edib. Gələcəkdə baş tuta biləcək hərbi zərbələrin miqyası hələlik məlum deyil. Nəşrin mənbələri vurğulayıblar ki, ABŞ rəhbərinin mövqeyi qarşıdakı həftələrdə, xüsusən də seçki nəticələrinin təsiri altında dəyişə bilər. Buna baxmayaraq, Tramp özü ictimaiyyət önündə daxili siyasi məsələlərin İranla bağlı qərarlarına təsir etmədiyini bildirmişdi. Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edərkən o, "İran məsələsində seçki amilini əsla nəzərə almamışam və almayacağam", - deyə vurğulayıb. Rəsmi Tehranın təqdim etdiyi layihəyə əsasən, Birləşmiş Ştatlar dəniz blokadasına son qoymalı, İranın dondurulmuş aktivlərini sərbəst buraxmalı və neft sanksiyalarını ləğv etməlidir. Bunun müqabilində isə İran Hörmüz boğazını açmağı və nüvə proqramı üzrə danışıqlara yenidən başlamağı öhdəsinə götürür.
ABŞ İranın təklifini rədd etdi - Müharibə yenidən başlayır?
Mənbə oxu.az

Oxşar Xəbərlər